“Bakı Metropoliteni”nin zərəri 426 milyon manatı ötüb

“Bakı Metropoliteni”nin zərəri 426 milyon manatı ötüb

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını açıqlayıb.

Oxu.Az xəbər verir ki, hesabata əsasən, qurumun cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.

2018-ci ildə "Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 0,7 faiz artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9 faiz artaraq 2 352,446 milyon manat, o cümlədən, nizamnamə kapitalı 6,3 faiz artaraq 2 779,056 milyon manat olub.

2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25 faiz çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45 faiz çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25 faiz çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8 faiz çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12 faiz çox), elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2 faiz az), qazın dəyəri 225 min manat (8,7 fai çox), suyun dəyəri 4,117 milyon manat (1 faiz az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45 faiz çox), tikinti və avadanlığın qalıq dəyəri 833 min manat (10,7 faiz az), digər xərcləri 6,857 milyon manat (11,7 faiz çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6 faiz az) təşkil edib.

Nəticədə, "Bakı Metropoliteni” ötən ili 54,871 milyon manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75 faiz azdır. Bununla belə, qurumun yığılmış zərəri 14,8 faiz artaraq 426,610 milyon manata çatıb.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...