“Bakı Metropoliteni” məhkəməyə verildi

“Bakı Metropoliteni” məhkəməyə verildi
 
"Safe Life” MMC "Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.

Ərizədə qeyd edilib ki, "Safe Life” MMC ilə "Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə "Bakı Metropoliteni” QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.

Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.(report)

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...