Bakı Metropoliteni: Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir

Bakı Metropoliteni: Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti stansiyaların girişində əlilliyi olan şəxslərin metro xidmətlərindən istifadə etməsi üçün şəraitin yaradılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq bir neçə aydır bununla bağlı xüsusi xidmət fəaliyyət göstərir: "Bu barədə Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məlumatlar dərc edilir. Belə ki, əlilliyi olan şəxslər, eləcə də digər səbəblərdən pilləkənlərdən enə bilməyən, eskalatorla düşmək qabiliyyəti olmayan şəxslər Metropolitenin xüsusi xidmətindən istifadə edə bilər. İstifadə qaydası isə çox sadədir. Vətəndaş mobil tətbiq (Mobile Appilication) vasitəsilə bu xidməti sifariş edə bilər. Sifariş əsasında isə hansı imkanlar varsa, o imkanlardan istifadə edilərək vətəndaşa yardım göstərilir. 24 saat öncədən tutmuş, 1 saat öncəyə qədər sifariş qəbul edilir və həmin şəxs metronun girişində qarşılanaraq istədiyi mənzilə qədər rahat şəkildə yola salınır. Bunun üçün qatarlarda da müvafiq yerlər ayrılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, metropoliten əlil arabaları da alıb. Biz bu xidmətin monitorinqini də aparırıq, sərnişinlər çox rahat və şəffaf şəkildə heç bir problemsiz bu xidmətdən istifadə edirlər. Gələcəkdə isə bu xidmətin daha da təkmilləşdirilməsi və inkişaf etidilməsi nəzərdə tutulub".

Metropoliten rəsmisi əlavə edib ki, bu məlumatı yayan şəxslərin ya bu xidmətdən məlumatları yoxdur, ya da bunu hansısa başqa bir məqsədlə ediblər: "Bizim belə bir xidmətimiz var və bu xidmət könüllü şəkildə vətəndaşlar tərəfindən istifadə edilir".

OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...