Bakı Marionet Teatrı Beynəlxalq Festivalda səhnə alacaq

Bakı Marionet Teatrı Beynəlxalq Festivalda səhnə alacaq
 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu strukturuna aid olan Bakı Marionet Teatrı Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Festivalında "Leylı və Məcnün” tamaşası ilə çıxış edəcək.  

Sfera.az-ın Apa-ya istinadən məlumatına görə, sentyabrın 21-22-də baş tutacaq Festivalda iştirakın əsas məqsədi ölkəmizin zəngin mədəni irsini gələcək nəsillərə ötürmək,  milli dəyərlərə bağlılığını aşılamaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir.

Əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulan teatr bütün yaş qruplarının maraq dairəsini əhatə edir və öz fəaliyyətində Azərbaycan xalqının zəngin çoxşaxəli mədəni irsinin memarlıq, milli geyim, musiqi və rəqs, dilimizin rəvan üslubu, xalqımızın həyat tərzi, milli bayramlar kimi özünəməxsus cizgilərini ehtiva edir.

Teatrın repertuarı bütünlüklə Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəyova ithaf edilir. "Arşın mal alan",  "Leyli və Məcnun" tamaşaları tamaşacılara marionet üslubunda təqdim olunur. 

Öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək istəyilə teatrın Fransa Respublikasının Şarlevil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciəti maraqla qarşılanıb.

Marionet Teatrı Beynəlxalq Marionet Festivalında iştirak etməklə yanaşı zəngin və rəngarəng Azərbaycan mədəniyyətini Fransa və dünya xalqlarına tanıdacaq.

Mirmehdi Ağaoğlu



OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...