Bakı küləyi "olimpiakos"un futbolçusuna çətin anlar yaşatdı - VİDEO
İdman
22:21 / 28.07.2021
2687
"Neftçi" və Yunanıstan "Olimpiakos"u arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb. 37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüşdə hazırda "Olimpiakos" öndədir - 1:0.