Bakı Kart istifadəçilərinin işi xeyli asanlaşacaq

Bakı Kart istifadəçilərinin işi xeyli asanlaşacaq

"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq

Sfera.az xəbər verir ki, paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib: "Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”. (Report)

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...