Bakı “Formula-1”ə belə hazırlaşır - Fotolar

Bakı “Formula-1”ə belə hazırlaşır - Fotolar

Bakıda keçiriləcək "Formula-1” üzrə Avropa Qran-prisinə dörd ay qaldığı ərəfədə yarışa hazırlıqla əlaqədar fəaliyyət planının birinci mərhələsi üzrə görülən işlərin böyük hissəsi artıq başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, Qran-prinin keçiriləcəyi trasın tikintisinə başlandığı tarixdən bu günədək trek boyunca asfalt örtüyünün qazılması və ilk növbədə yeni asfaltın alt qatının salınması üzrə görüləcək işlərin 86 faizi artıq reallaşıb. Belə ki, tikinti planına əsasən trasın böyük hissəsində 9 santimetr dərinliyində asfalt örtüyü qazılıb. Buna paralel olaraq həmin yerlərə 5 santimetr qalınlığında alt asfalt qatı çəkilib. Asfalt örtüyünün üst hissəsinin salınmasına isə martın sonunda başlanacaq və bu prosesin mayın əvvəlində yekunlaşacağı gözlənilir.

Normal asfalt örtüyündən fərqli olaraq, trekə çəkilən asfaltın xüsusən üst qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına cavab verməlidir. Arzuolunan keyfiyyətə nail olmaq və iş zamanı təhlükəsizliyi tam təmin etmək məqsədilə asfaltın üst qatının salınması prosesi yalnız gündüz saatlarında həyata keçiriləcək.

Əməliyyat şirkəti Avropa Qran-prisinin keçiriləcəyi trekin əhatə etdiyi küçələrdə aparılan tikinti işləri zamanı şəhər əhalisinin rahat hərəkətini təmin etmək üçün davamlı olaraq müvafiq dövlət qurumları ilə birgə tədbirlər görməkdədir. Bununla yanaşı, yarış ərəfəsində Bakıda yol hərəkətinin təşkilinə dair Nəqliyyatın İdarəolunması Planı və yarışı izləməyə gələn tamaşaçılara və əməliyyat şirkətinin tərəfdaşlarına səmərəli nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar olaraq Nəqliyyat Əməliyyat Planı hazırlanıb.

BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-prisi ilə bağlı plana əsasən görülən işlərin ilk mərhələsinin tezliklə başa çatacağını deyib: "Yarışa qalan günlər azaldıqca həyəcan və sevincimiz getdikcə artır. Bu möhtəşəm yarışı ən yüksək səviyyədə keçirmək üçün bütün gücümüzü səfərbər etmişik. Hazırlıqlarla bağlı artıq birinci mərhələnin sonuna çatırıq. Yarışa yaxınlaşdıqca şəhərdə "Formula-1” ab-havası daha aydın müşahidə olunacaq”.

 

Bakı
Bakı
Bakı
Bakı
Bakı


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...