İqtİsadİyyat

Bakı Fond Birjasından “AG Bank” qərarı

Bakı Fond Birjasından “AG Bank” qərarı
6 Noyabr 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AG Bank” ASC-nin qiymətli kağızları BFB-də listinqə daxil edilmib.
 
Sfera.az xəbər verir ki, 13.11.2018 - 22.11.2018 tarixləri arasında, Bankın, ilkin ticarət qiyməti 2 manat olan 2 900 000 ədəd səhmlərinin ticarətinə başlanacaqdır.
 
Səhmlərin yerləşdirməsi üzrə anderayter "Uni Capital İnvestisiya şirkəti” QSC-dir.
 
Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə "AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 milyon manat məbləğində 2,9 milyon ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
 
Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında "Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər./marja.az
 
AdRiver

XƏBƏR LENTİ