Bakı finlnın qalibi Çelsi oldu

Bakı finlnın qalibi Çelsi oldu
UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

ONA -nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub.

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri "Çelsi” və "Arsenal” arasında matçı qəbul edib.

 

 

İngiltərə Premyer Liqasında 3-cü olan "Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. "Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.

Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub.

Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Pedro Rodriqes rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib.

Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub.

Bu, matçda sonuncu qol olub. Nəticədə "Çelsi” mövsümü titulla başa vurub. "Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar.


Avropa Liqası
Final
29 may

23:00. "Çelsi” (İngiltərə) – "Arsenal” (İngiltərə) - 4:1


Qollar: Jiru, 49, Pedro, 60, Azar 65 (pen), 72 - İvobi, 69
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manganelli
Dördüncü hakim: Daniele Orsato
Hakimin video köməkçisi (VAR): Massimiliano İrrati
VAR köməkçiləri: Marko Quida (hamısı İtaliya), Şimon Marçinyak
Offsayd video köməkçisi: Pavel Sokolniçki (hamısı Polşa)
Bakı Olimpiya Stadionu
"Çelsi”: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri
Ehtiyat oyunçular: 13. Villi Kaballero, 52. Camye Kumminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qanzalo İquayn, 21. Davide Zappakosta, 22. Villiam, 24. Qari Kehill, 44. Ethan Ampadu, 51. Konor Galleqer, 55. George Makeaçran
Baş məşqçi: Maurisio Sarri
"Arsenal”: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleks Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytland-Nayls, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Mohamed Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danni Velbek, 25. Karl Cenkinson, 29. Matteo Gunduzi, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukayo Saka
Baş məşqçi: Unay Emeri


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...