Bakı əhalisinin sayı 1 milyon nəfər ARTACAQ

Bakı əhalisinin sayı 1 milyon nəfər ARTACAQ
Bakının yeni Baş Planına əsasən qarşıdakı bir neçə ildə sənədsiz fərdi yaşayış evlərinin sürətlə sənədləşdirilməsi həyata keçiriləcək.

 

Sfera.az bildirir ki, fərdi evlərin sənədləşdirilməsindən sonra Bakı əhalisinin sayında kəskin artım baş verə bilər.

 

Əhali sayındakı artıma sənədsiz evlərin əksəriyyətində daimi yaşayışın olması səbəb olacaq. Mövcud qaydalara əsasən, hər hansı mənzildə daimi qeydiyyata düşmək üçün həmin mənzilin çıxarışının ("kupça”) olması vacibdir. 2003-cü ildən bəri paytaxt ərazisində digər şəhər və rayon sakinləri tərəfindən daimi yaşamaq məqsədilə onminlərlə fərdi yaşayış evi inşa edilib. Amma ötən müddətdə müvafiq dövlət qurumları tərəfindən "kupça” verilmədiyindən həmin evlərə daimi qeydiyyata düşmək mümkün olmayıb.

 

Qeyri-rəsmi məlumatlar göstərir ki, Bakı şəhəri ərazisində sənədi olmayan 400 mindən artıq fərdi yaşayış sahəsi var. Bu mənzillərin çox hissəsinin rayon sakinlərinə məxsus olduğu bildirilir. Buna görə də sənədsiz evlərin "kupça”laşdırılmasından sonra Bakı əhalisinin sayının ən azı 1 milyon nəfər artacağını proqnozlaşdırmaq olar.

 

Paytaxtda faktiki əhali sayı ilə qeydiyyatda olan əhali sayı arasında kəskin fərqin olmasını sərnişindaşımaya dair göstəricilər də təsdiqləyir. Bakıda avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsinə dair açıqlanan məlumatlar göstərir ki, 2019-cu ildə sərnişindaşınma intensivliyi 2005-ci ilə nisbətən 2,5 dəfədən çox artıb. Belə ki, 2005-ci ildə hər kilometrə düşən sərnişin dövriyyəsi 7,3 milyon nəfər olduğu halda 2019-cu ildə 18,43 milyon nəfər olub. Bu qədər fərqi yaradan əsas səbəb əhali sayının artmasıdır.

 

Metro vasitəsilə sərnişin daşınması da kəskin artıb. 2005-ci ildə hər kilometrə düşən sərnişin dövriyyəsi 1,38 milyon olduğu halda, 2019-cu ildə 2,61 milyon olub.

 

Müqayisə edilən dövrdə Bakıda qeydiyyatda olan şəxsi minik avtomobillərinin də sayında ciddi artım var. Şəxsi minik avtomobillərinin sayı 2005-ci ildə 232 min ədəddən 2019-cu ildəki 518 min ədədə yüksəlib. Minik avtomobillərinin sayının artması sərnişin dövriyyəsinin yükünün bir qədər azalmasına kömək edib.

 

Bütün sadalanan məlumatları nəzərə alaraq deyə bilərik ki, yaşayış evlərinin tam sənədləşdirilməsindən sonra Bakı sakinlərinin sayı 4 milyona çatacaq. Bu, formal olaraq paytaxt əhalisinin sayının 70 faiz artması deməkdir.

 

Xatırladaq ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə Bakının 2,3 milyon əhalisi var.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz...

Şəhərin simvolu sayılırdı: Danimarkada dünyanın ən qədim birjası yandı

Kopenhagenin mərkəzində baş verən yanğın şəhərin simvolunu məhv edib.   Sfera.az bildirir ki, 400 illik tarixə malik Danimarka Ticarət Palatasının ta...

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan...

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Bir İT şirkəti üçün 25 il nəhəng təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. ULTRA Technologies yara...

BVF-dən dünya iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...