Bakı bazarları "od tutub, yanır" - Meyvə-tərəvəz niyə ucuzlaşmır?

Bakı bazarları

Bu il Azərbaycanda meyvə-tərəvəzin qiyməti əvvəlki ilə nisbətən xeyli yüksəkdir. Ərzaq məhsulları arasında meyvə-tərəvəzin xüsusi çəkisi yüksək olduğundan onların sürətlə bahalaşması yeyinti məhsullarının da sürətlə bahalaşmasını şərtləndirir.

 

Rəsmi statistikaya əsasən, son bir ildə meyvə qiymətləri 7,6 faiz, tərəvəz qiymətləri 11,2 faiz yüksəlib. Digər ərzaq məhsullarından heç biri bu qədər yüksək sürətlə bahalaşmayıb. Buna görə də bu il ərzaq qiymətlərində 5,5 faizlik artım müşahidə edilir.

 

Sfera.az xatırladır ki, qiymətlərin yüksək olmasını Bakı şəhərinin sakinləri daha çox hiss edir. Paytaxtda meyvə-tərəvzin qiyməti digər regionlara nisbətən yüksəkdir. Bu səbəbdən Bakıda əhalinin adambaşına düşən ərzaq xərcləri regionda yaşayanlarla müqayisədə çox olur.

 

Meyvə-tərəvəzin Bakıda daha baha satılmasını 2 amillə əlaqələndirmək olar. Birinci səbəb kənd təsərrüfatı məhsulları istehsalının Bakıdan uzaqda yerləşməsi və istehsalçının əksəriyyətinin öz məhsulunu paytaxta çatdıra bilməməsidir. Bakıdan uzaqda yerləşən rayonlarda meyvə-tərəvəzin qiyməti əlverişlidir. Burada paytaxt bazarları ilə müqayisədə meyvə-tərəvəz xeyli ucuzdur.

 

Amma həmin məhsulların Bakıya çatdırılması üçünmüəyyən xərclər var. İlk növbədə nəqliyyat xərcləri çoxdur.

 

Bundan başqa, həmin məhsulları toplayıb, Bakıya gətirmək və qısa müddətdə satmaq çətindir. İstehsalçıların hamısı öz məhsulunu paytaxta gətirə bilmir. Daha çox istehsalçı sahədə məhsulunu topdansatıcıya satmağa üstünlük verir. Topdansatıcı isə aldığı malı Bakıda və digər yerlərdə pərakəndə satıcıya çatdırır.

 

Digər bir halda istehsalçı öz malını Bakı bazarına çıxarır, amma burada onu topdansatıcıya təklif edir. Topdansatıcı da yenidən pərakəndə satıcılara həmin malları satır.

 

Müşahidələr göstərir ki, Bakı bazarlarına məhsulun bir neçə mərhələdən keçərək çatdırılması onun aralıq xərclərinin artmasına səbəb olur. İstehsal edilən malın dəyərinin üzərinə nəqliyyat xərclərindən başqa, məhsulun saxlanma xərci, topdansatıcının mənfəəti və pərakəndə satıcının mənfəəti əlavə edilir. Əgər kənd təsərrüfatı məhsullarının istehsalçıları ərzaq məhsullarının istehsalı ilə məşğul olan sənaye mallarının istehsalçıları kimi məhsulu pərakəndə satıcıya birbaşa çatdıra bilsə, paytaxda qiymətlər müəyyən qədər aşağı düşər.

 

Bunun üçün kənd təsərrüfatı istehsalçıları kooperativ təsərrüfatlarda birləşməlidirlər. Kooperativ təsərrüfat üzvlərinin bir hissəsi istehsalla, bir hissəsi isə xidmətlə, o cümlədən məhsulun bazara çatdırılması və satışı ilə məşğul olmalıdır.

 

Bakıda meyvə-tərəvəzin baha olmasının digər səbəbi Bakı ətrafında məhsul istehsalının azalmasıdır. Bəzi məhsullar istisna olmaqla Bakı və Abşeronda ümuməm meyvə-tərəvəz istehsalı azalıb. Əvvəllər Bakı və Abşeron regionunda 130-140 hektar sahədə kartof əkirdilər. Hazırda kartof əkilən sahələr 40-50 hektara düşüb. Kələm sahəsi 100 hektardan 20-25 hektara, yerkökü sahəsi 50-60 hektardan 10-15 hektara, baş soğan əkilən sahələr 50-60 hektardan 15-20 hektara, bostan bitkilərinin əkin sahəsi 250-300 hektardan 100-150 hektara düşüb.

 

Bakıda yalnız pomidor və xiyarın istehsalında artım var. Bunun da səbəbi istixanaların genişlənməsi ilə bağlıdır. Əvvəllər 100 hektarda pomidor və xiyar yetişdirilirdisə hazırda 900 hektarda yetişdirilir. İstixanalarda badımçan və bibər istehsalında da müəyyən qədər artım var. Buna görə də Bakıda qış aylarında pomidor, xiyar və müəyyən qədər də badımcanının, bibərin qiyməti stabilləşib.

 

Meyvə bağlarının da sahəsində artım müşahidə edilir. Ancaq bu artım əsasən üzüm bağlarındakı artım sayəsində mümkün olur, digər meyvələrdə artım yoxdur. Bakı və Abşeronda boş torpaqların əsasən fərdi mənzillərin tikintisi üçün istifadə edilməsi məhsul istehsalına mənfi təsir göstərir.

 

Qiymət səviyyəsinin yüksək olmasına meyvə-tərəvəz ixracının və yerli istehlakın ildən-ilə artması da ciddi təsir edir. Ölkəmizdə istehsal edilən məhsulların 20-30 faizi ixraca gedir. Rayonlarda yetişdirilən məhsulların Bakıya da çatması üçün qiymətlərin yüksək olması şərtdir. Xaricdə, xüsusən də Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələb böyük olduğuna görə ixrac artır, eyni zamanda daxildə də tələb yüksəlir. Azərbaycan əhalisinin adambaşına düşən meyvə-tərəvəz istehlakının artması da bunun təsdiqidir. Əsas istehlak isə Bakı əhalisi tərəfindən həyata keçirilir. Paytaxtda əhalinin gəlirinin yüksək olması yüksək qiymətə olan malların dövriyyəsinə imkan yaradır.

 

Qiymətlərin enməsi üçün paytaxt bazarlarına çıxarılan məhsulların həcmi artırılmalıdır, eyni zamanda bu məhsulların saxlanması və satışı üçün əlverişli imkan yaradılmalıdır.

 

 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...