Bakı-Batumi birbaşa avtobus reysləri açılır

Bakı-Batumi birbaşa avtobus reysləri açılır
1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.

BBAK-dan Sfera.az-a verilən məlumata görə, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri "avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə "onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.

Məlumat üçün bildirək ki, biletlər "Qabaqcadan satış” kassaları və "Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.

Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58/59 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...