Bakı-2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək

Bakı-2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək

Fevralın 14-15-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Pricewaterhouse Coopers Audit Azerbaijan" şirkəti "MİDA" MMC ilə birgə əməkdaşlıqda Bakı-2017 Oyunlarında dopinq nəzarətini təmin etmək üçün Dopinq Nəzarəti əməkdaşlarına təlimə start verib.

Sfera.az Trend-ə istinadən bildirir ki, iki günlük təlimdə Dopinq Nəzarəti əməkdaşlarının dopinq nəzarətini təşkil etməyin incəliklərinə yiyələnəcək və möhtəşəm Bakı-2017 Oyunlarında bunu təmin edəcəklər. Onların əsas vəzifəsi atletlərdən analizlərin götürülməsi, müəyyən olunmuş qaydalara əsasən hüquqları qorumaqla, analizin götürülmə prosesini müşahidə etmək və həmin prosesi protokollaşdırmaqdır.

PWC şirkətinin Beynəlxalq Dopinq Xidməti üzrə mütəxəssisi Aleksandr Kirxbixler deyib: "Almaniyadan gələn təlimçilərimizin məqsədi yerli dopinqə nəzarəti təmin edəcək heyətə təlim keçməkdir. Yeri gəlmişkən, bizim təlimçilərimiz Bakı-2015 Avropa Oyunlarında da xidmət göstərmişdi. İki günlük təlimdə Dopinq Nəzarəti məntəqələri dopinq haqqında lazımi biliklərə yiyələnəcək və praktik çalışmalar yerinə yetirəcək. Bu təlimdən sonra inanırıq ki, təlim alan əməkdaşlar gələcəkdə Azərbaycanda keçiriləcək bütün idman yarışlarında nəzarəti yüksək səviyyədə təmin edəcəklər. Sonda onu da qeyd etmək istəyirəm ki, İslam Oyunları da yüksək səviyyədə və uğurla başa çatdırılacaq".

 

Qeyd edək ki, AMADA təşkilatı 23 dekabr 2016-ci il tarixində Azərbaycanda yaradılıb. AMADA-nın əsas fəaliyyəti atletlərin dopinqsiz idmanda iştirakının fundamental hüquqlarını təmin etmək, milli antidopinq proqramını tərtib və təşviq etmək, Dünya Antidopinq məcəlləsi və beynəlxalq standartlara əsasən atletlərin testini təşkil etməkdir.

PWC 1994-cü ildə yaradılıb və dopinq analizlərinin götürülməsi xidməti ilə məşğuldur. 2003-cü ildən bəri Almaniya Milli Antidopinq Agentliyi ilə əməkdaşlıq edir. Bundan başqa, şirkət WADA, bir çox Milli Antidopinq Təşkilatlarına və Beynəlxalq İdman Federasiyalarına dopinq analizlərinin götürülməsi xidmətini göstərir. PWC şirkəti Beynəlxalq Xizək Federasiyasına rəhbərlik edir və dopinq proqramını işləyib hazırlamaqla məşğuldur.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...