“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü
 
Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək
Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə "Ən yaxşı korporativ üslub” sertifikatına
layiq görülüb. Sertifikat "BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO)
tərəfindən təqdim edilib.
Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən
sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra
əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, Bakcell öz
stendində şirkət üçün yeni ayrılan "099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini
elan edib. 
"Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb.
Bu il beynəlxalq nüfuza malik olan "Ookla” şirkəti növbəti dəfə Bakcell şirkətini Azərbaycanın ən
sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin
keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə
sübut etmişik!”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Belə ki, Bakutel 2019 ərzində Bakcell stendinə gəlmiş minlərlə qonaq Bakcell şəbəkəsinin
üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri
aləti olan "Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri
üçün yeni imkanlar yaradan "AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və
hədiyyələr qazanmaq üçün "Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda
iştirak etmək imkanını qazanıb.
"Bakcell”in "Bakutel 2019” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa

OXŞAR XƏBƏRLƏR