Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

 

Ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.

 

Konqresdə iştirak edən Bakcell nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.

 

İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son texnologilayardan yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, Bakcell müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. Bakcell öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...