Bakcell koronavirusla mübarizəyə 1.5 milyon manat pul ayırdı
10:30 / 23.03.2020
5677
Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən
genişmiqyaslı tədbirlərə qoşulub. Şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün
Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə
edən 360 dərəcə kommunikasiya və tədbirlər planı hazırlayıb.
Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manatlıq ianə
Azərbaycanda ən geniş Korporativ Sosial Məsuliyyət strategiyasına malik şirkətlərdən biri olan
Bakcell Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış
Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib. Bu məbləğ Şirkətin
daxil olduğu NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində
fondun hesabına köçürülüb.
Ən son tibbi avadanlıq və ekspress-testlər əldə olunub
Ölkədə COVİD-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə
təmin etməyə yönəlmiş tədbirləri dəstəkləmək məqsədilə Bakcell Azərbaycana ən son tibbi
avadanlıq və vasitələrin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs
aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də
koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-test əldə
olunub. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən
müəyyən edilən mərkəzlərə təqdim olunacaq.
#görünməzqəhrəmanlar və karantində olan insanlar üçün xüsusi kampaniya
Bakcell karantində olan vətəndaşlarımızı və onlara qayğı göstərən "görünməz qəhrəmanlar”ı -
tibb işçilərini də unutmayıb. Onlar üçün xüsusi sürpriz hazırlayan Bakcell əməkdaşları bu
günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə
dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir.
Bundan əlavə, Bakcell şirkəti karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və
karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz
yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq.
Onlayn xeyriyyə marafonu
Bakcell koronovirusla mübarizəyə yönəlmiş digər Korporativ Sosial Məsuliyyət layihələrinin
həyata keçirilməsini də planlaşdırır. Özünün AppLab proqramının dəstəyi ilə yaradılmış Run2Help
mobil tətbiqetməsi vasitəsilə şirkət xeyriyyə məqsədləri üçün onlayn marafon keçirəcək. Evdə
olduğumuz günlərdə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün Bakcell gün ərzində atılmış
addımları pul vəsaitinə çevirmək və ianə etmək imkanı yaradacaq. Toplanan məbləğ isə Bakcell
tərəfindən ediləcək ianə ilə birlikdə şirkətin uzunmüddətli KSM partnyoru olan "SOS Uşaq
Kəndləri”nə və digər təşkilatlara köçürüləcək.
Bundan əlavə, Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM
təşəbbüsləri üzərində işləyir.
Abunəçi və əməkdaşların təhlükəsizliyi - "evdeqal" tədbirləri
Bütün vətəndaşların və öz əməkdaşların sağlamlığı Bakcell şirkəti üçün prioritet məsələdir. Bu
gündən etibarən Bakcell abunəçiləri öz telefonlarının ekranlarında "evde qal” çağırışını
görəcəklər.
Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə
getmək əvəzinə "Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng
etməyi tövsiyə edib. Buna baxmayaraq, "Bakcell”in bütün xidmət mərkəzləri lazımi olan
dezinfeksiya vasitələri ilə təchiz edilib.
Bundan əlavə, 103 təcili tibbi yardım xidmətinə olduğu kimi, "TƏBİB”in 1542 qaynar xətt
nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.
Bu tədbirlər çərçivəsində Bakcell öz əməkdaşlarına evdən işləmək imkanı təklif edib və ofisə
gəlib işləmək istəyən əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün ofislərdə lazımı
dezinfeksiya işləri aparılıb.