Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir
19:19 / 17.12.2018
4281
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Texniki Universitetinin tələbələri üçün təşkil olunmuş karyera sərgisində iştirak edib.
Azərbaycan Texniki Universitetinin Karyera Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş karyera sərgisində 70-ə yaxın şirkət və müəssisə iştirak edib. Sərgi tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif etməklə yanaşı, müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradib.
Tədbirdə iştirak edən tələbələrə "Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.
Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.