\"Bakcell Arena\" \"Olimpiakos\"u vahiməyə saldı

\
"Neftçi" ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl zədə və itkilərdən əlavə, daha iki amil Yunanıstanın "Olimpiakos" klubuna problem yarada bilər.
 
Sfera.az-ın məlumatına görə, Pirey təmsilçisi matçın təşkil olunacağı "Bakcell Arena"nın vəziyyətindən narahatdır. Meydanın ot örtüyünün çox pis durumda olduğunu iddia edən yunanıstanlı həmkarlarımız burada yeni zədələrin ortaya çıxma təhlükəsinin mövcudluğunu vurğulayıb: "Hazırda Azərbaycanda bütün stadionlar pis vəziyyətdədir. Bu, havaların isti keçməsi ilə əlaqədardır".

Digər məqam kimi "Olimpiakos"un 5 000 tamaşaçı önündə ciddi təzyiq altında oynayacağı bildirilir: "Meydan sahiblərinin kifayət qədər çılğın azarkeşi var. "Forza Neftçi" fan-klubu isə komandaya böyük sevgisi ilə məşhurdur".

Qeyd edək ki, iyulun 28-də keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq. // "Report"


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...