Bahar aylarında bu 5 xəstəliyə DİQQƏT EDİN!

Bahar aylarında bu 5 xəstəliyə DİQQƏT EDİN!
Bahar bir çoxumuzun həsrətlə gözlədiyi fəsillərdəndir. Qışın soyuğunu unutmaq üçün özümüzü təbiətin qoynuna atırıq. Lakin bahar həm də bədənimizin ən müdafiəsiz olduğu,  xəstəliklər ilə qarşılaşmalı olduğumuz dövrdür.

Sfera.az həmin xəstəliklər və onlardan qorunma yollarını təklif edir.

İnfeksiyalar

Dəyişən hava şəraitinə bədənimiz uyğunlaşa bilmir. Buna görə də, infeksiyalara qarşı müdafiəsiz oluruq.

Müdafiə üsulu:

İlk olaraq qidalanma sistemimizdə sağlam məhsullar üstünlük təşkil etməlidir. Xüsusən də, göyərti ilə zəngin menyuya üstünlük vermək lazımdır. C  və D vitamini qəbul etmək lazımdır. Ev və ya, digər qapalı məkanların havası tez-tez dəyişilməlidir. Qirip olan insanlardan isə uzaq durmaq lazımdır. 

Bahar allergiyası

Bu sizin həyat keyfiyyətinizi aşağı sala bilər. Gözlərdə yaşarma, tez-tez asqırıq, qaşıntılar məhz, allergiyanın səbəb olduğu narahatlıqlardır.

Müdafiə üsulu:

Ağac və güllərin olduğu yerlərdən uzaq durulmalıdır. Evdə toza səbəb olan xalça, palaz kimi əşyaları qaldırmaq lazımdır. Həkim məsləhəti ilə bəzi dərmanlar və peyvəndlərə müraciət etmək olar. Əks təqdirdə xəstəliyiniz asmaya çevrilə bilər.

Astma

Baharın gəlişi ilə əlaqədar astmalı xəstələrdə nəfəs darlığı, burun axması və asqırıq kimi şikayətlər yaranır.

Müdafiə üsulu: 

Bu tip xəstələr səhər mümkün olduqca çölə çıxmamalı, evin havası onlar otaqda olmayan vaxt və gecə dəyişdirilməlidir.

Mədə-bağırsaq xəstəlikləri

Baharın gəlişi ilə bərabər ishal və qastrit kimi xəstəliklər baş qaldırır. Buna əsas səbəb, qida rejimimizin dəyişməsidir.

Müdafiə üsulları:

Qidalanmamıza diqqət etməli və bol su içməliyik. Çöldə  yemək yeyən zaman isə onun nə qədər təmiz olduğundan əmin olmalıyıq. Diyetə başlamaq isə əla fikir ola bilər.

Bahar yorğunluğu

Halsızlıq,yorğunluq,yuxunun tez-tez gəlməsi - yəqin ki, bir çoxumuzun qarşılaşdığı vəziyyətdir. Bu baharın gəlişinə bədənimizin hələ hazır olmadığını göstərir.

Müdafiə üsulu:

Gündə 2-3 litr su içmək, idman etmək, üzgüçülüklə məşğul olmaq məsləhətdir. Siqaret, alkoqollu içki kimi pis vərdişlərdən isə uzaq durmaq lazımdır.

Şükufə Süleymanlı
Sfera.az


OXŞAR XƏBƏRLƏR