Badamdarda sürüşmə olub, yol bağlanıb - FOTO

Badamdarda sürüşmə olub, yol bağlanıb - FOTO
 

"Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

Sfera.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR