Cəmİyyət
Gündəm

Badamdarda son sürüşmə Teleqülləyə təhlükə yaradırmı?

Badamdarda son sürüşmə Teleqülləyə təhlükə yaradırmı?
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində baş verən sürüşmə Teleqülləyə təsir edə bilməz.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisindəki vəziyyət tam nəzarət altındadır: "Biz həmin ərazini mütəmadi izləyirik. Əraziyə mayaklar qoyulub. Teleqüllənin özü təxminən 20 metrdən çox olan əhəng daşının üzərində inşa olunub, möhkəm əsaslar üzərindədir. Teleqüllənin inşa edildiyi yer düzgün seçilib. Ona görə də, bu sürüşmələrin Teleqüllə üçün heç bir təhlükəsi yoxdur. Həmin ərazidə də hazırda təhlükə yoxdur".

Qeyd edək ki, Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb. Sürüşmə zonasında son monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb./trend
 
AdRiver

XƏBƏR LENTİ