Bacısının yazışmasını tutdu, başqa profillə yazdı, öldürdü

Bacısının yazışmasını tutdu, başqa profillə yazdı, öldürdü

Dekabrın 14-də Bakının Nəsimi rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Ələkbər Muxtarovla sosial şəbəkədə tanış olan qız İmişli rayonunda yaşayır.
 
Bildirilir ki, yeniyetmə qızın valideynləri boşanandan sonra o, anası ilə birgə İmişlidə qalıb, atası və qardaşı isə Bakıda yaşamağa başlayıb. Bir müddət əvvəl İmişliyə gedən 17 yaşlı Mirismayıl Hüseynov bacısının telefonunda onun Ələkbərlə yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.İsmayılov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə yığıb və onunla görüşmək istədiyini deyib.
 
Qeyd edək ki, M.İsmayılov qətl törətməsi ilə bağlı ilk olaraq atasına deyib və atası oğlunu özü polisə gətirərək istintaqa təqdim edib. 


OXŞAR XƏBƏRLƏR