Maqazİn

“Bacı xəstə qardaşın başı üstündə durandır” - aparıcıların yeni qalmaqalı

“Bacı xəstə qardaşın başı üstündə durandır” - aparıcıların yeni qalmaqalı
"Maşın" şouda ulduzu barışmayan ATV-nin aparıcıları Aytən Səfərova ilə İlhamə Bədəlovanın arasında qalmaqal yaşanıb.

Sfera.az musavat.com-a istinadən bildirir ki,Aytən Səfərova sosial şəbəkədə aparıcı Hacı Nuranın yanına gedib, foto çəkdirənləri qınayıb: "Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər".

Aytənin sözləri İ. Bədəlovanı özündən çıxarıb. Aparıcı həmkarının cavabını elə sosial şəbəkədə verib: "Xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram...sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi  ilədir! Xoş niyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır! Bacı olsaydınız ,gələrdiniz. Allah dostumuza şəfa versin".

Qeyd edək ki, İlhamə Bədəlova ilə Aytən Səfərova arasında şouda dava düşmüşdü. Aytən İlhaməni insanları alçaltmaqda, onlara yuxarıdan aşağı baxmaqda günahlandırmışdı.

 
İlhamə isə ona etirazını bildirib və əsəbi olduğunu deyib: "Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra... Başımda ağıl var, narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz? Mən əsəbiyəm".

A.Səfərova isə səs tonunu yüksəldərək İ. Bədəlovaya cavab vermişdi: "İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Olmaz insanlara demək ki, kimsən qarşımda oturursan? Sən kraliçasan, Vişnunun (hinduizm dinində tanrı) arvadısan, kimsən? Ona görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış".
AdRiver

XƏBƏR LENTİ