İdman

"Bacarmadıq"

 
"Matça olduqca yaxşı başladıq. Düşünürəm ki, yaxşı qol imkanlarımız da oldu. Oyuna nəzarət edən tərəf biz idik. Rəqibi təzyiq altında saxlaya bilmişdik. Ancaq ikinci hissədə bizə nə oldu, onu bilmədim”.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözlər Çexiya millisinin üzvü Patrik Şikə məxsusdu. 
Çexiya millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Azərbaycan yığması ilə heç-heçə edib. Oyundan sonra yerli mətbuata açıqlama verən Şik millimizlə oyunu dəyərləndirib.

20 yaşlı futbolçu bəzi məqamlarda millimizin təzyiqi ilə üzləşdiklərini deyib: "Rəqib tərəfdən bəzi məqamlarda təzyiqə məruz qalırdıq. Bu səbəbdən də çətin idi. Üstəlik mərkəzdə yüklənmə var idi. Bir səbri olmalı idi. İkinci hissədə çox zəif oynadıq, tez-tez top itkilərinə yol verirdik. Üç xal qazanmaq istəsək də, bacarmadıq. Qələbə qazanmadığımıza görə heyfslənirəm”. 

Qeyd edək ki, Çexiya – Azərbaycan oyununda hesab açılmayıb. 3 oyuna 7 xal toplayan komandamız qrupda ikinci pillədə qərarlaşıb.

AdRiver

XƏBƏR LENTİ