Baburun ailəsi Xınalıqda: “Ümidim səsini eşitməkdir” (VİDEO)
15:34 / 03.01.2018
1034
Dekabrın 23-də itkin düşən "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun bacıları Xınalığa gediblər.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baburun bacısı Tağıyeva Nənəbacı aidiyyatı qurumlardan vaxt darlığı və şaxtalara görə xilasetmə əməliyyatlarına canlı qüvvə ilə yanaşı, texnikanın da cəlb edilməsini xahiş edib: "Ümidim Baburun şad sədasını eşitməkdir. Qardaşıma dəstək üçün Xınalığa gəlmişik, onun axtarışına köməklik istəyirik”.