Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək
 "Azərsu” ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.

Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.
Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 mm diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur.
Prospektdə görüləcək işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv ediləcək və onların yeni tikilən kəmərlərə qoşulması təmin ediləcək.

Layihə çərçivəsində Babək prospekti boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda yeni salınan "Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 km-dən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...