AZZA 45 min manat cərimələnib

AZZA 45 min manat cərimələnib
 

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası AZZA QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Sfera.az bildirir ki,  Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, AZZA-nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub.

Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2008-ci ildə yaradılan AZZA QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...