AzTV sədrini doğrayıb torbalara yığmaq? - Namazov planı açıqladı

AzTV sədrini doğrayıb torbalara yığmaq? - Namazov planı açıqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az "Virtualaz.org"a istinadən xəbər verir ki, prosesdə cinayət işi üzrə əsas şahid - Müsabil Namazov ifadə verib. O, ifadəsində göstərib ki, Alışanova sui-qəsd olunacağı barədə ilk dəfə Şamaxıda eşidib: "Bu haqda mənə Qoçəli deyib. Gördüm ki, Qoçəli ilə  Şücayət nəsə danışırlar. Qoçəli dedi ki, müəllim bura gəlir. Dedilər ki, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər. Həmin vaxtlar Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu qansız işdir. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd etmək olmaz. Mənə tapşırıq vermişdilər ki, Alışanovla yanaşı, onun yanında olan şəxsləri də güllələyim".

Şahid ifadəsində AzTV sədrinə sui-qəsd planı hazırlanması barədə polisə xəbər vermək üçün paytaxta gəldiyini göstərib. "Polisə gəlib Arif Alışanova qarşı sui-qəsd planı hazırlandığını dedim”.

Hakimin "sizi kimsə öyrətməyib ki, belə ifadə verəsiniz?" sualına şahid "xeyr" cavabı verib.
 


Ş.Əkbərovun vəkilinin "əvvəldən razılaşmışdınsa, sonradan niyə imtina etmisiniz? Əgər prokurorluğu məlumatlandırmaq niyyətiniz vardısa niyə silahı götürürdünüz" sualına şahid "lazım olsa Şücayətgili aldadıb tərksilah edim" deyə cavab verib.

Sualları cavablandıran şahid bildirib ki, plana görə, sui-qəsd baş tutacağı təqdirdə meyitlər doğranılaraq torbalara yığılmalı imiş.

Ş.Əkbərovun suallarını cavablandıran şahid sui-qəsd planı ilə bağlı polisə məlumat verməyi özünə borc bildiyini deyib. Daha sonra şahid qismində dindirilən dünya çempionu Natıq Bağırov ifadəsində Şamaxıda torpaq sahəsi alıb və kənd təsərrüfatı qurmaq üçün Arif Alışanova 3 milyon 500 min pul verdiyini göstərib. Ş.Əkbərovun vəkili pulun mənbəyini göstərməsini istəyib. Hakim bu sualın çıxarıldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər. Təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə məktubla müraciət edərək digər təqsirləndirilən şəxslər tərəfindən şantaj edildiyini, istintaqa verdiyi ifadəsinin dəyişdirilməsinin ondan tələb olunduğunu açıqlayıb.

Məhkəmə mayın 29-da davam edəcək.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....