AzTV-nin sabiq sədrinə yeni vəzifə verildi

AzTV-nin sabiq sədrinə yeni vəzifə verildi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.

İclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər.

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran "Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarına müdir vəzifəsinə seçki” haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adı qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara - professor Nizami Xudiyevə, professor Buludxan Xəlilova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirova, professor İbrahim Bayramova, dosent Ədalət Abbasova, dosent Sevda Abbasovaya söz verib. Namizədlər öz platformaları haqqında danışıblar.

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsinə professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə isə dosent Sevda Abbasova səs çoxluğu ilə seçilib.

Professor Nizami Xudiyev 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...