AzTV-nin gənc sədri tarixi ilkə imza atdı

AzTV-nin gənc sədri tarixi ilkə imza atdı
Yanvarın 15-dən "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin vəzifələrini icra edən Rövşən Məmmədov dövlət kanalında həftəlik analitik proqram aparmaqda davam edir.

Yaxın tarixdə, xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət kanalına rəhbərlik edən şəxsin efirdə apardığı verilişlərinə davam etməsi ənənəsi yoxdur.

Ümumiyyətlə, Azərbaycanda özəl televiziya kanalları içərisində də Real TV rəhbəri Mir Şahin Ağayev istisna olmaqla, kanal rəhbərləri efirdə analitik proqram və ya veriliş aparmırlar. Xüsusilə dövlət kanallarında sovet dövründə belə bu ənənə geniş yayılmayıb.

Qeyd edək ki, R.Məmmədov (Raqifoğlu) sədr əvəzi təyin olunduqdan sonra cəmiyyətdə rəğbətlə qarşılanan bir neçə kadr islahatı həyata keçirib. Efirə çıxmağa və analitik proqram aparmağa davam etməsi, peşəkar jurnalist fəaliyyətini dayandırmaması da təqdir edilir.Kult.az

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...