Cəmİyyət

AZTV işçi elanı verdi –Aparıcı, reportyor, redaktor, rejissor vəzifəsinə dinləyici qəbulu

AZTV işçi elanı verdi –Aparıcı, reportyor, redaktor, rejissor vəzifəsinə dinləyici qəbulu
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası dinləyicilərin qəbulu ilə bağlı müsabiqə elan edir.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor, montajçı və operator peşəsinə yiyələnmək istəyənlər iştirak edə bilərlər.

Müsabiqəyə 30 yaşına qədər ali və ya natamam ali təhsili olan şəxslər qatıla bilərlər. Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır.

Müsabiqədən keçən dinləyicilər:

Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;
Kursu bitirdikdən sonra onlara Teleradio Akademiyasının sertifikatları təqdim olunacaq;
Dinləyicilərin ən istedadlıları Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də işlə təmin olunacaqlar.
Tədris Teleradio Akademiyasının tanınmış peşəkar mütəxəssisləri və xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılacaq.

Dinləyicilər CV-lərini 2019-cu il aprelin 15-dək qeyd olunan e-mail ünvanına göndərə bilərlər: [email protected]

Əlaqə nömrələri: 537 02 46, 537 02 32, mobil: 050 621 54 41.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031