Ağzında siqaret partladı - Görün nə günə qaldı - FOTOLAR
Cəmiyyət
02:12 / 28.11.2015
1182
Sfera.az bildirir ki, ABŞ-ın Colorado Springs şəhərində yaşayan 29 yaşındakı Cordero Çaples, siqaret çəkmə vərdişindən xilas olmaq üçün başladığı elektron siqaret başına bəla olub.İşlədiyi iş yerində fasilə zamanı Çaples, çölə çıxaraq elektron siqaretini çəkməyə başlayıb. Elektron siqaretin tüstüsünü içinə çəkdiyi əsnada birdən partlamasıyla, boynu qırılan, ön dişləri və dodaqları parçalanan Çaples, xəstəxanaya çatdırılıb.Amerika mediasında əksini tapan xəbərlərə görə, müalicə gördüyü xəstəxanada onurğa iliyi əməliyyatı keçirən və vəziyyətinin hələlik yaxşı olduğu bildirilən 1 uşaq atası Cordero Çaplinin müalicəsini həyata keçirən həkimlər, onun ölümdən döndüyünü bildirib.