"Azərsu"da idarə rəisi işdən çıxarıldı

"Azərsu" ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb.

Sfera.az report-a istinadən bildirir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı "report"a bildirib ki, idarə rəisi V.Zamanov öz ərizəsi ilə işdən çıxıb: "Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb. İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir".


OXŞAR XƏBƏRLƏR