\"Azərsu\" maaşları niyə vermir? - AÇIQLAMA
16:33 / 04.03.2016
1018
"Azərsu" ASC-nin maaşları gecikdirilməsi ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.
Sfera.az bildirir ki, qurumun əməkdaşları qafqazinfo-ya deyib ki, son aylarda maaşların verilməsində gecikmələr olur. İşçilərə hələ də yanvar ayının maaşları ödənilməyib.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat katibi bildirib ki, qurumda maaşlar əhalidən ödənişlər yığıldıqdan sonra verilir. Odur ki, bu ay işçilərə yanvar ayının maaşları ödənilib. Ola bilər ki, hansısa idarədə gecikmə olsun, ancaq o da yoluna qoyulacaq bir haldır.