“Azərişıq” oteldən 26 min rüşvət istəyir - Ağır ittiham

“Azərişıq” oteldən 26 min rüşvət istəyir -  Ağır ittiham

Olimpik Novxanı Otel “Azərişıq”ı rüşvət tələb etməkdə ittiham edir.

“Qafqazinfo”ya müraciət edən otelin direktoru Elşən Abdullayevin sözlərinə görə, “Azərişıq” artıq 3 gündür ki, işıq verilməsini dayandırıb və yeni elektrik xəttinin çəkilməsi üçün tələb olunan 26 min vəsaiti otelin ödəməli olduğunu bildirib.

Belə ki, elektrik naqillərinin yerin altından çəkilməsi üçün otel rəhbərliyinə üç gün əvvəldən möhlət verilib. Müdiriyyət isə bildirir ki, təxminən 500 metrlik elektrik xəttinin yerin altından çəkilməsi üçün azı bir həftə vaxt lazımdır:

““Azərişıq” bizə üç gün əvvəldən xəbərdarlıq etdi, lakin bu çox qısa müddətdir. Bizə elektrik xəttini yerin altından çəkmək üçün azı bir həftə vaxt lazımdır. Hazırda 3 gündür ki, otel generatorla işıqlandırılır. Bu isə otelin zərərinə işləyir, çünki generatora görə ayda 15 min manat xərcimiz çıxır. Üstəlik “Azərişıq” naqilin çəkilməsi xərcini, yəni 26 min manatı bizdən tələb edir”.

Dövlət başçısı öz çıxışlarında da dəfələrlə ölkədə, xüsusən bölgələrdə turizmin inkişafına şərait yaradılması ilə bağlı təklif və iradlarını səsləndirib. Hazırda bizim otel çoxlu sayda yerli və əcnəbi turistləri qonaqlayır. İşıq olmadığı halda qonaqlara necə xidmət göstərəcəyimizi dediyimiz zaman isə “Azərişıq”dan bizə bildirirlər ki, turistləri yola salın öz ölkələrinə getsinlər.

Otelin indiyə qədər “Azərişıq”a heç bir borcu olmayıb və 5-8 min manat arası işıq borcunu hər ay vaxtı-vaxtında ödəyib. Niyə görə, dövlətdən vəsait aldığı halda “Azərışıq” elektrik xəttinin çəkilməsi üçün bizdən əlavə 26 min manat tələb edir?”

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdiyi Mustafayev isə "Qafqazinfo"ya açıqlamasında otelin səsləndirdiyi ittihamların həqiqəti əks etdirmədiyini, böhtan olduğunu bildirib:

"Otelin elektrik təchizat xətləri yararsızdır və yenilənən şəbəkəyə uyğun deyil. Xətlər təzələnməlidir, bunu isə otelin özü həyata keçirməlidir. Yayılan məlumat isə tamamilə əsassız, şər-böhtan xarakterlidir".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...