“Azərişıq”, “Azərsu” və “Azəriqaz” “AAAF Park” sakinlərinə “tas” qoyub

“Azərişıq”, “Azərsu” və “Azəriqaz” “AAAF Park” sakinlərinə “tas” qoyub
 
"Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İstehsalat Birliyi "AAAF Park” yaşayış kompleksindən ev alanları "tas”a oturdub

Bu barədə bir qrup mənzil sahibi Politika.Az-a müraciətində qeyd edib. 

Onların sözlərinə görə, bu tikinti firmasından mənzil aldıqlarına görə peşman olublar. Səbəb isə kommunal infrastrukturun qurulması zamanı xərclərin onların dərisindən qoparılmasıdır. 

Sakinlər işıq, qaz və suya smartkart sayğacların quraşdırılması üçün nə az, nə çox 798 manat ödəməlidir. Hər mənzildən təqribən 800 manat tələb olunması şirkətlə vətəndaşları üzbəüz qoyub. 

Əksəriyyəti kreditlə mənzil alan vətəndaşlar hər üç dövlət qurumunun tələbini qanunsuzluq adlandırır. Onlar qeyd edirlər ki, sayğacların quraşdırılması dövlət strukturlarının işidir və hər yerdə bu təchizat təmin olunur. 

"AAAF Park” yaşayış kompleksi sakinləri isə üç qurumun pulunu çatdırmasa, bu binalarda yaşamaq mümkün deyil. Sözügedən tikinti şirkəti Xırdalanda yerləşir və onlarla binalar, həyət evləri tikib. Hər evdən 800 manat alınması milyonlarla manatın dövriyyədə olması deməkdir. 

Vətəndaşlar şirkətə müraciət etdikdə onların nəzərinə çatdırılıb ki, bu tələb onlar tərəfindən yox, "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən irəli sürülüb. Şirkətin bu qədər məbləği ödəmək imkanı yoxdur və hər ev sahibi deyilən pulu verməlidir 

Politika.Az-a o da bildirilib ki, sayğaclar quraşdırılana qədər hər evə elektrikin kilovatı 9 qəpikdən satılır. 

Bu məsələdə də şirkət məsuliyyəti "Azərişıq” ASC-nin üzərinə qoyub. Sayğaclar olan kimi 7 qəpikdən hesablanacaq. Göründüyü kimi, vətəndaş evinə köçər-köçməz qanunsuzluqlarla üzləşir. 

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, "AAAF Park” yaşayış kompleksindəki binalarda məskunlaşan abonentlər üçün fərqli tariflərin müəyyən edilməsi mənzil-tikinti şirkətləri ilə vətəndaş arasında bağlanmış müqavilə əsasında mümkün ola bilər. 

Payçılar nə 800 manatı ödəməyə imkan edir, nə də bu şəkildə gözləməyə vaxt var. Nəzərə alınmır ki, insanlar həm də evlərini təmir edirlər. Ümumiyyətlə, son vaxtlar tikinti firmalarından şikayətlər yenə də çoxalmaqdadır. 

Bakıda yeni tikilən binalardan mənzil alan vətəndaşlar o qədər problemlərlə üzləşiblər ki, indi "novostroyka”da ev almaq istəyənlər xeyli tərəddüd yaşayırlar. 

Bəzi binaların çox keyfiyyətsiz tikilməsi, bəzilərində qiymətlərin bahalığı, bəzilərində isə mənzil alan müştərilərə verilən vədlərin yerinə yetirilməməsi mənzil almaq istəyənlərin arzusunu ürəyində qoyur. 

Hər gün telekanallarda reklamı verilən tikinti komplekslərinin çoxu haqqında araşdırma apardıqda isə vəziyyətin həqiqətən də çox acınacaqlı olduğu üzə çıxır. Mənzil alınan zaman müştərilərlə bağlanan müqavilələrdə mənzilin sakinlərə təhvil veriləcəyi vaxt göstərilməyib.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...