“Azərişıq” ASC sayğaclara necə “barmaq edir”? – İTTİHAM

“Azərişıq” ASC sayğaclara necə “barmaq edir”? – İTTİHAM
 

"Azərişıq” ASC-nin yarıtmaz fəaliyyəti ilə bağlı şikayətlər səbgimir. Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə istifadəçi Emil Abbasov "Azərişıq” ASC-ni ifşa edən yeni məlumat paylaşıb.


Həmin paylaşımı təqdim edirik:


"Hamı agah olsun!


Görün "Azərişıq ASC" (tag etmək olmur) çox xırda və çoxunun ağlına gətirə bilmədiyi bir fəndlə insanlardan necə "müftə" pullar qazanır!

Bildiyiniz kimi, işıq enerjisi üçün aylıq (30 gün) qoyulmuş limit 300 Kvt-dır (yəni 7 qəpikdən cəmi 21 AZN) və bu limit hər dəfə onlar sizin sayğacı oxumağa gələrkən sıfırlanır.


Lakin, məsələ burasındadır ki, onlar 30 gün ərzində gəlmədikləri təqdirdə nəticə sizin ziyanınıza hesablanmış olur.

Məsələn, atamgilə gəlmiş aşağıdakı qəbzdən göründüyü kimi, əvvəlki gəliş 7 Noyabr və son gəliş 9 Dekabr tarixləri arasında 32 gün edir. Bu da o deməkdir ki, gec gəldikləri 2 gün üçün bu şəxs üçün tarif 7 qəpik əvəzinə 11 qəpikdən hesablanıb, yəni 4 qəpik artıq. Bu isə özlüyündə, təxminən aşağıdakı miqdarda ziyan olunduğumuz anlamına gəlir:


(528 / 32) * 2 * 0.04 = 1.32 AZN


Zəng vurdum Azərişıq Enerji Satışı idarəsinə, dedilər ki, araşdırıb böyük ehtimalla məbləği azaldarıq.


İndi baxın görün, hər evdən ayda orta hesabla bu cür müftə 1 AZN görün hara vurub çıxır?!”

 

Orxan

Sfer.az


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...