“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb
 

"Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə ölüb.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.

M. Şeydayev hadisə yerində keçinib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR