“Azəriqaz”ın növbəti fırıldağı...

“Azəriqaz”ın növbəti fırıldağı...
"Qaz sayğacları ilə bağlı bəzi vətəndaşlarda yaranmış problemin həlli üçün ya yeni kartlar dövriyyəyə gəlməli, ya da proqram təminatı yenilənməlidir ki, sayğaclar da ona uyğun fəaliyyət göstərə bilsin”
 
Sfera.az-a açıqlamasında bu sözləri bəzi vətəndaşların ilin əvvəli olmasına baxmayaraq, qaz sayğacının istifadə olunan qaza görə, hələ də limitə uyğun olaraq 10 qəpikdən deyil, 20 qəpikdən hesablaması ilə bağlı şikayətlərinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.  
Ekspertin fikrincə, belə vəziyyətin yaranması "Azəriqaz”ın öz işini, sayğacların proqramlaşdırılmasını düzgün qurmamasının nəticəsidir: 

"Sosial şəbəkələrdə də bununla bağlı xəbərlər yayılıb. "Azəriqaz” yaranmış vəziyyətin texniki səbəblərlə bağlı olduğunu bəyan edib. Çünki bəzi sayğaclar daha köhnə model sayğaclardır və onların yenilənməsi, yeni proqram şərtlərilə işləməsi bir qədər problem yaradır. Bir də limitin  sıfıra çatması, yeni ildən əvvəl yüklənən vəsaitin bitməsi lazımdır ki, sonradan yenidən yüklənmə 10 qəpikdən hesablansın. Əslində bu istehlakçının günahı deyil. "Azəriqaz” öz işini elə qurmalı, sayğacları elə proqramlaşdırmalı idi ki, tarix dəyişən kimi, hesablama qaydaları da dəyişsin”. 
N. Cəfərliyə görə, yaranmış vəziyyət sözügedən qurumun bacarıqsızlığını, yaxud da texniki təchizat baxımından zəif təchiz edildiklərini göstərir: 
"Təəssüf ki, bunu bacarmırlar, yaxud da texniki təchizatları buna imkan vermir. Ona görə də, bu problem daha çox köhnə model sayğaclarda üzə çıxır. Onun da həlli üçün ya yeni kartlar dövriyyəyə gəlməli, ya da proqram təminatı yenilənməlidir ki, sayğaclar da ona uyğun fəaliyyət göstərə bilsin”. 
 
Həmsöhbətimiz bu fonda vətəndaşa dəyən ziyanın son qəpiyə qədər "Azəriqaz” tərəfindən geri qaytarılmalı olduğuna da diqqət çəkdi:
"Vətəndaşa dəyən ziyan son qəpiyinə qədər geri qaytarılmalıdır. Çünki baş verən olay ciddi qanun pozuntusudur. Yanvarın birindən limit sıfırlanmalı və hər bir vətəndaş üçün yenidən 10 qəpikdən hesablanma aparılmalıdır. Bunun əksi baş veribsə, "Azəriqaz” mütləq mənada  kompensasiya ödəməlidir”.  
 
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli isə baş vermiş olayın sırf texniki səbəblərdən qaynaqlandığı qənaətindədir:
"Düşünürəm ki, ilin əvvəli olmasına baxmayaraq, bəzi vətəndaşların mənzillərində quraşdırılan qaz sayğaclarının işlənən hər kubmetr qaza görə 10 qəpikdən deyil, 20 qəpikdən hesablaması sistemlə bağlı problemdən qaynaqlanır. Hamımız smart sayğaclarından istifadə edirik. Yeni ildən üzü bəri evimdə quraşdırılan smart sayğaclarına baxmışam, ancaq hesabın limiti keçən qiymətlə hesablandığını müşahidə etməmişəm. Bu mənada kimdəsə 10 deyil, 20 qəpikdən hesablanma aparılıbsa, bu ola bilər smart olmayan sayğaclardır. Bu halın baş verməsi yalnız texniki nasazlıqla bağlı ola bilər. 
Düşünmürəm ki, burada nə isə başqa bir olay baş versin.  Sayğaca müdaxilə olunmayıb, ona toxunulmayıbsa, yanvarın -1dən qaz üzrə limit 10 qəpikdən hesablanmalıdır. Bunun əksinin baş verdiyini görən istifadəçilər "Azəriqaz”a müraciət etsələr yaxşı olar. Hesab edirəm ki, "Azəriqaz” həmin artıq ödənilən pulları geri qaytarmalıdır və onun buna gücü də çatır. Hər halda "Azəriqaz” dövlət şirkətidir. Onun kəsiri və çıxarı da dövlət tərəfindən qapadılır. Kommersiya şirkəti olsaydı, düşünmək olardı ki, sistemdə hansısa nasazlıq adı ilə vətəndaşlardan daha çox pul çıxartmaq istəyirlər”.
 
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə bir sıra qaz istifadəçiləri olan abonentlər ilin əvvəli olmasına baxmayaraq qaz sayğacının istifadə olunan qaza görə, limitə uyğun olaraq 10 qəpikdən deyil, hələ də limiti keçən müstəvidə olduğu kimi, 20 qəpikdən hesablandığına dair şikayətlərini bölüşüblər. Yaranmış vəziyyət isə prosesdə hansısa qüsur və nöqsanların olmasından xəbər verir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...