”Azəriqaz” Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır

”Azəriqaz” Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır
"Azəriqaz” İstehsalat Birliyi ötən illərdə olduğu kimi, bu il də qazlaşma işlərini rayonlarla yanaşı, Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində davam etdirir.

"Azəriqaz”dan verilən məlumata görə, hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni "smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xətləri yeniləri ilə əvəz edilir. Eyni zamanda şəhərin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır.

Ümumilikdə, 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6 000 metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki, artıq işlərin 85%-i yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.

Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq.

Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...