“Azəriqaz”: İslahatlar abonent məmnuniyyətinin təminatı üçündür

“Azəriqaz”: İslahatlar abonent məmnuniyyətinin təminatı üçündür
 

"Azəriqaz” İstehsalat Birliyində struktur islahatlarının aparılmasının əsas səbəbi abonentlərin məmnuniyyətinin təmin olunmasıdır.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Müsavat TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, "Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin də kollegiya iclaslarında qoyduğu əsas tələblər yerlərdə abonent məmnunluğunun təmin olunması və işçilərin vəzifə səlahiyyətlərini aşmaması ilə bağlı olub: "Baş direktor həmişə qeyd edib ki, işçilər səlahiyyətləri daxilində vəzifələrinin icrasının məsuliyyətini dərk etməlidir. Bununla bağlı nəticə çıxarmayan insanlar vəzifəsindən azad olunacaq”.

O, vəzifə səlahiyətlərini aşan, vətəndaşı aldadan bir neçə işçinin işdən azad olunduğunu xatırladıb: "Bu işçilər barədə məlumat daxil olan kimi baş direktor dərhal reaksiya verdi. O bildirdi ki, belə insanlar bizim sıralarımızda ola bilməz, bu nöqsanlar bağışlanılmayacaq. Bundan sonra da vəzifə səlahiyyətlərini aşmaq heç kimə bağışlanılmayacaq. Hər kəs öz işlədiyi yerdəki işgüzar mühitin səmərəliliyini artırmağa çalışmalıdır. Yeni tələblərə, yeni çağırışlara cavab verilməlidir”.  (report)


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...