“AzeriLight”ın qiyməti bahalaşdı

“AzeriLight”ın qiyməti bahalaşdı

 

Azərbaycan neftinin qiyməti 1 dollara yaxın bahalaşıb.

  "AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,95 dollar və ya 1,69% artaraq 57,14 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında "AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb. 

Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq. 

 


OXŞAR XƏBƏRLƏR