“Azərenerji”nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

“Azərenerji”nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb
 Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.


APA-nın məlumatına görə, "Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

 

Eyni zamanda səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən hər səhmə düşən dividend məbləğinin azaldığı müəyyən edilib.

 

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti və təqdimat "Azərenerji” ASC-yə göndərilib. Kollegiya qərarında "Azərenerji” ASC tərəfindən "Şirvan İES” MMC və "Bakı İEM" MMC tərəfindən istehsal olunan  enerjinin iqtisadi göstəricilərinin aşağı olması, hər iki stansiya üzrə maddi resurslardan məhsuldar və daha  səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədi ilə Nazirlər Kabinetinə müraciət edilməsi də  əksini tapıb.   

 Sfera.az

OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...