İqtİsadİyyat

“Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” - MKA-nın növbəti konfransı

“Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” - MKA-nın növbəti konfransı

Sabah Azərbaycan Marketinq Kommunikasiyaları Assosasiyası tərəfindən "Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” adlı konfrans keçiriləcək. "Holdiay İnn”də olacaq konfrans assosiasiyanın "Baş-a-baş” seriyasından sayca ikincidir. 

Aparıcı "MKTG.AZ” marketinq bloqunun və eyniadlı şirkətin təsisçisi, marketinq üzrə ekspert Rəşad Nəzərli olacaq. Tədbirdə iki şəxs- "AAM” agentliyinin təsisçisi və rəhbəri Məmməd Şahməmmədli və "New Media” şirkətinin rəhbəri Rasim Davudov çıxış edəcək.

Tədbirdə "Modern Group”, SOCAR, Azersun Holding, Veysəloğlu, Gilan Holding və.s digər iri şirkət və firmalar da iştirak edəcək.

Bundan əvvəl keçiriən "Kreativ pul qazandırırmı?” adlı ilk tədbir isə sentyabrın sonlarında baş tutmuşdu.

Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası Məmməd Şahməmmədov(AAM), Elnur Nurəliyev (McCann Baku), Emin Quluzadə (PeopleBrand), Ceyhun İmanov(JIS), Abbas Fətullayev (TradeMark/Leo Burnett Azerbaijan), Afət Yaqubova (Laboratoriya PR), Namiq Bayramov (YelloAD), Aygün İslamzadə (Kapital Bank), Sabit Məmmədov(Admedia), Azər Nəcəfov (YelloAD), Rəşad Nəzərli (PeopleBrand), Elnur Osmanov (Air Group) və Teymur Məmmədov (PamPam Kreativ Butik) kimi marketinq kommunikasiyaları sahəsində böyük təcrübəyə malik mütəxəssislər və tanınmış şirkət rəhbərləri tərəfindən təsis olunub. 

Qeyd edək ki,  "YelloAD”-ın həmtəsisçisi Namiq Bayramov Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının İdarə Heyətinin Sədridir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031