Azercell NNTV xidmətini təqdim edir

Azercell NNTV xidmətini təqdim edir

Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al.


 

 

"Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.

 

 

NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür.

 

 

 

Mobil TV xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773 nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil tətbiqini yükləmək lazımdır.

 

 

NNTV xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq mümkündür.

 

 

Əlavə məlumat üçün //www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.

 


OXŞAR XƏBƏRLƏR

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...