Azercell könüllü gənclərlə həmrəy oldu

Azercell könüllü gənclərlə həmrəy oldu
Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq  məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan "Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb.
 
Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə "Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir çərçivəsində təşkil olunan əmək yarmarkasında Azercell növbəti dəfə gənclərə dəstək olub. Bakı Konqres Mərkəzində baş tutan sərgidə ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkatının üzvləri iştirak edib.
 
"Azercell Telekom” MMC-nin İnsan Resursları Departamentinin əməkdaşları şirkətdə mövcud olan vakansiyalar barədə gəncləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablayıblar, işə qəbul qaydaları, həmçinin, şirkətdə karyera qurmaq imkanlarından da bəhs ediblər. Qeyd edək ki, Azercell fəaliyyətə başladığı andan etibarən İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir tələblərə uyğundur. Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadiləsi imkanları yaradır.
 
Hazırda Azercell-in bütün ofislərində işçilər Ətraf Mühit və Təhlükəsizik, İlkin Tibbi Yardım, Yanğından Mühafizə təlimləri ilə bilgiləndirilir, həmçinin sağlamlıqla əlaqəli aksiyalarda (vaksinasiya, qan testi və s.) fəal iştirak edirlər. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi  hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib. ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə Azercell ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, ”Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən Azercell-i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...