Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır
Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom " MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir.
 
Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azercell şirkəti yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Şirkət hər il bütün diler və mağaza rəhbərlərini bir araya gətirərək, cari ilin nəticələri, abunəçilərə göstərilən xidmətin keyfiyyəti və gələcək perspektivlərin  müzakirəsi ilə bağlı görüş təşkil edir. Bu il isə belə bir tədbir Qəbələ şəhərində baş tutub. Tədbirdə bütün Bakı və Region dilerləri və Eksklüziv mağazalarının nümayəndəlikləri iştirak edib. Görüşdə 2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, Azercell-in diler mağazasında çalışan əməkdaşlara davamlı olaraq Azercell Akademiyası tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.

Nəzərinizə çatdıraq ki, hazırda Azercell abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 Eksklüziv mağazası fəaliyyət göstərir.
 



 

 

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...