Azercell-dən “Milyon, milyon nömrələr” kampaniyası

Azercell-dən “Milyon, milyon nömrələr” kampaniyası
Artıq bəyəndiyiniz nömrəni əldə etmək daha asan olacaq

Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən "Azercell Telekom” MMC yeni kampaniya təqdim edir.

Şirkət "Milyon, milyon nömrələr” kampaniyası çərçivəsində pərakəndə nömrə satışlarına başlayır. Təqdim olunan yeni kampaniya mövcud və potensial müştərilərə www.mysim.az  veb-saytına daxil olmaqla bəyəndiyi nömrəni əldə etmək imkanı verir. Belə ki, müştəri onu maraqlandıran nömrəni axtarış xanasına daxil edir, sistem isə öz növbəsində nömrənin satışda olub-olmadığını müəyyənləşdirir. Axtarış müsbət nəticə verdiyi halda, abunəçiyə həmin nömrənin əldə edilməsi üçün istənilən Azercell rəsmi satış məntəqəsinə müraciət etməsi tövsiyyə edilir.

Azercell-in təqdim etdiyi sözügedən kampaniya çərçivəsində sayt vasitəsilə satış müştərilərin rahatlığını təmin edir, nömrə almaq istəyənlərə daha çox seçim imkanı və sərfəli qiymət təqdim edir. Abunəçi ev və ya ofisi tərk etmədən, almaq istədiyi nömrə kombinasiyasının və ya oxşar nömrə variantlarının mövcudluğu haqqında məlumatı rahatlıqla əldə edir və ona ən yaxın Azercell rəsmi satış məntəqəsindən müvafiq nömrəni əldə edir.
Ölkənin lider operatoru olan Azercell bundan sonra da müştərilərini unikal xidmətlər və sərfəli kampaniyalarla sevindirməyə davam edəcək.

  



 

OXŞAR XƏBƏRLƏR

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə iki dəfə”.    Sfera.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev ...

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...