“Azercell” şirkətindən inanılmaz fırıldaq: Telefonunuzu servisə göstərin

“Azercell” şirkətindən inanılmaz fırıldaq: Telefonunuzu servisə göstərin
Ölkəmizdə ən böyük mobil operatorlardan biri olan "Azercell” şirkətindən şikayətlərin sayı getdikcə artır.  
 
Son illər kefiyyətsiz xidmət və istifadəçilərin balansından qanunsuz pul silinmələri  nəticəsində minlərlə istifadəçi bu çirkətin xidmətindən imtina edir.
 
Sfera.az saytı ilə əlaqə saxlayan Bakı şəhər sakini Təranə Muradova   da "Azercell” şirkətindən şikayətçidir.
 
Onun sözlərinə görə şirkət internet balansını oğurlayır. Belə ki, hər ay 5 geqabaytlıq  internet paketi alan abunəçi azı 20 gün istifadə etdiyini deyir. Lakin sonuncu aldığı internet paketi cəmi bir gün ərzində qurtarıb. Təranə Muradova  dünən yanvarın 9-da səhər 10.15 radələrində internet paketi bitdiyi üçün yenidən həmin məbləğdə interneti aktivləşdirib. 16.45-də isə mesaj gəlib ki, aldığınız internet paket bitib.
 
Təranə Muradova deyir ki, həmin vaxtı işdə olub və iş zamanı da internetdən istifadə etməyib. Bundan sora "Azercell” müştəri xidmətinə bir neçə dəfə zəng edib problemi aydınlaşdırmaq istəyib. Lakin hər dəfə də ona bildiriblər ki, prboblem "Azercell”dən qaynaqlanmır. Telefonunuzu servisə göstərin. Muradova da onlara cavab verib ki, interneti ustadan almamışam, sizdən almışam. Şikayətçinin dediyinə görə, həmin müddətdə hər hansısa yenilənmə də olmayıb. Ümumiyyətlə 5 GB interneti sərf etmək üçün hansısa video kanal, oyun proqramlarından istifadə olunmayıb.
 
Şikayətçinin iradlarına cavab almaq üçün "Azercell” şirkətinin müştəri xidməti ilə əlaqə saxladıq. Lakin şirkətdən şikayətçinin iradlarına cavab ala bilmədik.


OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...