Krİmİnal

Azərbaycanlının olduğu dəstə biznesmeni yolda soydu - VİDEO

Azərbaycanlının olduğu dəstə biznesmeni yolda soydu - VİDEO

Moskvada biznesmen Aleksey Boqatıryevə qarşı soyğunçuluq əməlini həyata keçirən dəstə üzvləri ələ keçirilib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident 14 oktyabrda Lenin prospektində qeydə alınıb. Belə ki, maskalı dəstə üzvləri Rusiya vaxtilə saat 14:00-da 3 avtomobillə "Mercedes" markalı maşın işıqforda dayanan zaman onu mühasirəyə alıblar. Onlar əllərindəki travmatik silahla sahibkara atəş açıblar, daha sonra Boqatıryevi döyüblər. 

Soyğunçular imomarkanın yük yerini boşaldıblar və iş adamının çantalarından birində olan 90 min dolları ələ keçirərək hadisə yerindən qaçıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 4 şübhəli saxlanılıb. Dindirmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyən edilib. Həmin şəxsin bu yaxınlarda Moskvaya gələn 30 yaşlı Əli Şirinov olduğu ortaya çıxıb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930